“Azadlıq” xalq ordusu kitabı üçün veteranlar bir araya gəldi

azadliq-xalq-ordusu-kitabi-ucun-veteranlar-bir-araya-geldi
Oxunma sayı: 634

Bu gün 90-cı illərdə vuruşan ilk batalyonlardan biri olan "Azadlıq"a həsr olunmuş Ələkbər Mirzəzadənin qələmə aldığı "Azadlıq" xalq ordusu kitabının təqdimatı olub.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə keçmiş Qarabağ döyüşçülərindən olan Ələmşah Məmmədovun xatirəsi yad edilib. Döyüşçünün silahdaşları onun humanist, hərtələrəfli bir insan olduğundan danışıb. Onlar bildiriblər ki, 90-cı illərin döyüşçüləri araşdırılmalı və qəhrəmanlar xalqa təqdim olunmalıdır.

Daha sonra çıxış edən QAT sədri Akif Nağı bu kimi kitabların yazılmasının döyüşçülərin geniş kütləyə tanıdılması üçün vacib olduğunu vurğulayıb:

"O vaxt da bizim ən böyük problemlərimizdən biri bir araya gələ bilməmək olub.Ələmşah ona verilən haqsız işgəncələrdən danışırdı, ancaq heç kimə düşmənliyi yoxdur. Kim qəhrəmanlıq etmək istəyirsə, bilsin ki ona qarşı birmənalı münasibət olmayacaq. Qara da yaxılacaq, söz də deyiləcək. Ancaq 50 il sonra onun dəyəri bilinəcək. Bu gün burda bu qədər döyüşçünün yığışmasının səbəbi Ələmşah Mirzəzadəyə olan sevgidir".