“Qafqazinfo”nun məlumatına görə, konsert proqramı "Təmiz dünya" Qadınlara Yardım ictimai birliyi və Transfuziologiya-Hemotologiya İnsitutunun həkimi Günel Sahibqızının təşkilatçılığı ilə 28 Mall ticarət mərkəzində baş tutub. Birliyin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Vasif Akifli konsertdə çıxış edərək insanları Azadova kömək etməyə səsləyib:
“Hamımız gəncik, arzularımız, xəyallarımız var. Hər birimizin borcudur ki, köməyə ehtiyacı olan xəstələrə, kimsəsizlərə kömək etsin. Vüqarın müalicə xərcləri çox olduğundan ailəsi evlərini satmaq məcburiyyətində qalıb. Hazırda sümük iliyi köçürülməsi üçün 150 min manat tələb olunur. Bu gün burada əlimizdən gələni edəcəyik ki, heç olmasa, bir gəncimizin yaşamasına kömək edək. İmkanlı şəxslərdən də maddi yardım etmələrini xahiş edirik”.
Konsertdə əməkdar artist Ruhəngiz Allahverdiyeva, Xatirə İslam, Rüfət Axundov, Aysel Əlizadə, Talıb Taleh, Elnar Xəlilov, “Şarm”, “Səs” qrupları, reper “Qurd” və başqaları çıxış edib.
Tədbirin aparıcıları Şəhriyar Əbilov və Günay Rəhimova olub.
Könül
Son xəbərlər
Son Xəbərlər