“Qafqazinfo” sportal.az-a istinadən xəbər verir ki, buna səbəb kimi AZAL-ın futbolçusu Aleksandr Şemonayevin cəzalı olmasına baxmayaraq meydana çıxması olub.
Belə ki, 2013-2014 mövsümünün ölkə kubokunda AZAL-ın heyətində qırmızı vərəqə alaraq meydandan qovulan Şemonayev dünən keçirilən matçda meydana çıxdığı üçün AZAL-a ilk matçda 0:3 hesablı texniki məğlubiyyət veriləcək.
Qeyd edək ki, Şemonayev bu mövsümün 1/8 finalında "Xəzər Lənkəran"ın heyətində olduğundan və həmin mərhələdə "Araz Naxçıvan"ın məlum səbəblərdən çempionatdan kənarda qalmasına görə Lənkəran təmsilçisinin texniki qələbə qazanması futbolçunun qırmızı vərəqəsinin qüvvədə qalmasına səbəb olub.
Son xəbərlər
Son Xəbərlər