AZAL Almatıya müntəzəm reyslər açır

azal-almatiya-muntezem-reysler-acir
Oxunma sayı: 868

“Azərbaycan Hava Yolları” (AZAL) cari ilin 2 aprel tarixindən etibarən Bakı-Almatı-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq.

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, AZAL-ın reysləri həftədə iki dəfə çərşənbə axşamı və şənbə günləri, ekonom sinif, komfort-klub və biznes sinif konfiqurasiyalı Airbus A319 tipli təyyarə ilə həyata keçiriləcək.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.