AZAL biletlərin qiymətini qaldırdı

azal-biletlerin-qiymetini-qaldirdi
Oxunma sayı: 643

Dekabrın birindən etibarən AZAL təyyarə biletlərinin qiymətlərini qaldırıb. Bu barədə “Qafqazinfo”ya Türkyəyə bilet alan vətəndaşlardan biri məlumat verib.

Onun sözlərinə görə, AZAL-dan alınan təyyarə bileti dekabrın 1-nə qədər Bakı-Ankara istiqamətində 220 manat olduğu halda, hazırda bilet 250 manata satılır.

Vətəndaşların diqqətinə çatdırılıb ki, qiymət artımı həm Türk Hava Yollarına, həm də AZAL-dan alınan biletlərinə aidir. Qiymətin nə səbəbə artması izah olunmasa da, AZAL-dan bütün şirkətlərə bu barədə məktub daxil olduğu bildirilir və həmin məktubdan sonra qiymət 30 manat artırılıb.

Qeyd edək ki, yaxın günlərdə Bakıdan bütün Avropa ölkələri istiqamətində uçan təyyarələrdə də qiymət artımı gözlənilir.