Qış fasiləsini Azərbaycanda keçirən futbol klubları arasında “CBC Sport Kuboku” turniri davam edir.
“Qafqazinfo” xəbər verir ki, çərçivəsində növbəti qarşılaşma keçirilib. Turnirin üçüncü oyun günündə AZAL komandası MOİK ilə üz-üzə gəlib. Qarşılaşma AZAL-ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. AZAL-ın heyətində 19-cu dəqiqədə Tərlan Xəlilov, 73-cü dəqiqədə isə Nuqzar Kvirtiya fərqləniblər. Baş məşqçi Tərlan Əhmədovun rəhbərlik etdiyi komandada Emin Cəfərquliyev 56-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, bundan əvvəlki matçlarda “Neftçi” AZAL-ı 1:0 hesabı ilə məğlub etmişdi. “Neftçala”–“Şərurspor” arasında keçirilmiş oyunda isə 2:2 hesablı bərabərlik qeydə alınmışdı.
Son xəbərlər
Son Xəbərlər