"Azərbaycan Hava Yolları" (AZAL) məşhur turizm istiqamətlərinə yeni Qış Aksiyası barədə elan edir.
“Qafqazinfo” xəbər verir ki, Bakıdan/Bakıya aşağıdakı istiqamətlər üzrə 15 yanvar tarixindən 28 fevral 2017-ci il tarixinə kimi gediş-dönüş ekonom sinfi aviabileti alarkən 20%-dək endirim tətbiq olunacaq: London, Milan, Berlin, Paris, Praqa, Tel-Əviv, Dubay və Nyu-York.
Uçuş tarixi: 16 yanvar- 15 mart 2017-ci il.
Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərdə əldə etmək mümkündür.
Son xəbərlər
Son Xəbərlər