AZAL-dan 7 transfer

azal-dan-7-transfer
Oxunma sayı: 658

“Qafqazinfo”nun PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bir neçə futbolçusu ilə müqavilə artıran paytaxt təmsilçisi Ervin Bulku, Nuqzar Kvirtiya və Hüseyn Axundovla yollarını ayırıb. Bundan əlavə, Mansur Limani, Mindauqas Daunoraviçius, Robert Petrov və Georgi Bogihu da transferə çıxarılıb.

Yeni mövsüm ərəfəsində klub heyətini bir neçə futbolçu ilə gücləndirib. Ötən mövsümü “Sumqayıt”da keçirən Yasin Abbasov, Orxan Həsənov, Ruslan Tağızadə Ruslan Məcidov,“Rəvan”dan Tagim Novruzov, “Turan”dan Cavid Tağıyev və “Şuşa”dan Xəyyam Həsənov AZAL klubu müqavilə bağlayıblar

İyunun 11-dən 16-a qədər AZAL komandasının Şüvəlandakı bazasında seleksiya xarakterli toplanış keçiriləcək. Toplanışda həm yerli, həm də əcnəbi futbolçular iştirak edəcəklər. 5 gün ərzində baş məşqçinin etimadının qazanacaq futbolçular əsas komanda ilə birgə məşqlərə başlayacaqlar.