AZAL-dan biznes-klass bilet alan qadının başına iş gəldi -

azal-dan-biznes-klass-bilet-alan-qadinin-basina-is-geldi-
Oxunma sayı: 1954


“Qafqazinfo”nun məlumatına görə, A.Bağırova virtualaz.org saytına müraciətində bildirir ki, o, anası üçün biznes-klass kateqoriyalı aviabilet alıb, lakin qadın ekonom-premiumla uçmalı olub.

Şikayətçinin sözlərinə görə, sentyabrın 1-də Bakı-Pekin, Pekin-Tokio, Tokio-Bakı reysləri üçün aviabilet almağa 3150 manat xərcləyib. Lakin həmin biletin sahibi olan sərnişini biznes-klass salon əvəzinə ekonom-premium sinfindən olan salonda əyləşdiriblər.

Bundan hiddətlənən A.Bəşirova AZAL-ın daimi müştərisi olduğunu və özünün həmişə biznes-klass salonda uçduğunu, aviaşirkətin ona kələk gəldiyini bildirir.

Virtualaz.org saytı bu məsələyə aydınlıq gətirmək üçün AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskiyə müraciət edib.

Xidmət rəhbəri faktı təsdiqləsə də bildirdi ki, sərnişinin təyyarənin salonunda səhv yerləşdirilməsində AZAL günahkar deyil, çünki bilet başqa şirkətdən alınıb.

“Qafqazinfo”