AZAL-dan qəzaya uğrayan təyyarə ilə bağlı- - Açıqlama

azal-dan-qezaya-ugrayan-teyyare-ile-bagli-
Oxunma sayı: 1766

 

"Qafqazinfo" xəbər verir ki, AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli “APA-Economics”ə bildirib ki, bu gün Bakıda “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Cessna 172 F” birmühərrikli təyyarəsi təlim uçuşları zamanı məcburi eniş edib.

Onun sözlərinə görə, təyyarədə nasazlıq baş verib və mühərrik sıradan çıxıb: “Təlim təyyarəsində iki nəfər - bir təlimatçı pilot və bir təcrübəçi pilot olub. Heyət təlimata uyğun olaraq boş torpaq sahəsi seçib və təyyarəni endirib. Nəticədə xəsarət alan olmayıb”.