“Azal” dan qol yağışı, “Bakı” 6-cı oldu - Nəticələr

azal-dan-qol-yagisi-baki-6-ci-oldu-neticeler
Oxunma sayı: 634

“Qafqazinfo” xəbər verir ki, “Bakı” “Rəvan”ı 2-1 hesabı ilə məğlub etməklə 6-lığa son vəsiqəni qazanan klub olub. Eyni anda “Xəzər Lənkəran”da “6-lığa çıxmaq üçün “Sumqayıt”a qarşı mübarizə aparıb. Lakin “Bakı”nın əldə etdiyi qələbə bu vəsiqəni onlara nəsib edib. Çünki “Xəzər” sonuncu şansını “Sumqayıt”la 2-2 hesablı heç-heçə etməklə əldən verib.

Turun ən maraqlı qarşılaşması isə “Azal”la “Qəbələ” arasında olub. İlk 6-ğı özü üçün çoxdan təmin etmiş “Qəbələ” bu görüşdə 6-1 hesabı ilə məğlub olub. Ancaq bol qollu qalibiyyət “Azal”a ancaq təsəlli verib. Bundan sonra Premyer Liqamız çempion olacaq və çempionatda qalacaq komandalar arasında davam edəcək.

İqbal