AZAL futbolçuları Türkiyəyə gedəcək

azal-futbolculari-turkiyeye-gedecek
Oxunma sayı: 640

“Qafqazinfo”nun verdiyi məlumata görə, iki gün müddətində tibbi baxışdan keçəcək futbolçular iyunun 20-dən 30-dək Şüvəlanda toplanış keçəcək.

Hazırlığın ikinci mərhələsi üçün Türkiyənin Isparta şəhərinə yollanacaq AZAL-ın 2-12 iyul aralığında təlim-məşq toplanışı çərçivəsində üç yoxlama görüşü keçirməsi nəzərdə tutulub: oyunlar iyulun 6, 9 və 12-də baş tutacaq.

Qısamüddətli istirahətdən sonra iyulun 16-da Türkiyənin Bolu şəhərində hazırlığın üçüncü mərhələsi (16-28 iyul) start götürəcək. Bu müddətdə 4 yoxlama görüşü (18, 21, 24 və 28 iyul) keçirəcək AZAL iyulun 29-da vətənə dönəcək və çempionatın ilk turuna qədər hazırlığını öz bazasında davam etdirəcək. Yoxlama görüşlərindəki rəqiblərin adları bir müddət sonra müəyyənləşəcək.