AZAL Gəncədən Moskva və Sankt-Peterburqa uçacaq

azal-genceden-moskva-ve-sankt-peterburqa-ucacaq
Oxunma sayı: 1798

“Azərbaycan Hava Yolları” aviaşirkəti Gəncədən Rusiyanın iki şəhərinə - Moskva və Sankt-Peterburqa uçuşlar həyata keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, reyslər hər həftə yerinə yetiriləcək.

Aviaşirkətin Bakı – Moskva - Gəncə - Moskva - Bakı marşrutu üzrə ilk reysi martın 17-də həyata keçiriləcək. AZAL bu istiqamətdə həftədə üç dəfə – bazar ertəsi, cümə və şənbə günləri uçacaq.

Martın 19-dan etibarən isə aviaşirkət Bakı - Sankt-Peterburq - Gəncə - Sankt–Peterburq - Bakı istiqamətində həftədə bir dəfə - bazar günləri uçuşlara başlayacaq.

İyun ayından etibarən hər iki marşrut üzrə uçuş cədvəlinə daha bir reys əlavə edilərək, müvafiq olaraq çərşənbə və cümə axşamı günləri yerinə yetiriləcək.