AZAL-ın gecikmiş Bakı-İstanbul reysi baş tutdu

azal-in-gecikmis-baki-istanbul-reysi-bas-tutdu
Oxunma sayı: 1394

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-İstanbul marşrutu üzrə həyata keçirilən və texniki səbəbdən gecikmiş J2 75 reysinin sərnişinləri saat 13:46-da digər təyyarə ilə uğurla yola düşüblər.

Bu barədə “Qafqazinfo”ya AZAL-ın Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təbii olaraq gecikmiş İstanbul-Bakı marşrutu üzrə reys isə Bakı vaxtı ilə saat 16:50 həyata keçiriləcək.