AZAL-ın geri qayıdan təyyarəsi Tbilisiyə uçdu - Yenilənib

azal-in-geri-qayidan-teyyaresi-tbilisiye-ucdu
Oxunma sayı: 3858

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 8223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidməti məlumat yayıb.

Bilidirlib ki, buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (duman) olub.

Təyyarə yerli vaxtla saat 11:28-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib. Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.

***

AZAL-ın yaydığı son məlumata görə, Bakı - Tbilisi hava limanında hava şəraiti yaxşılaşdığı üçün “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8223 nömrəli Bakı-Tbilisi reysinin sərnişinləri yerli vaxtla 12:39-da təyinat məntəqəsinə yola düşüblər.