AZAL-ın kapitanı “Sumqayıt”da

azal-in-kapitani-sumqayitda
Oxunma sayı: 729

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” bu gün daha bir futbolçu ilə müqavilə imzalayıb.

Qafqazinfo” xəbər verir ki, komandamız son olaraq AZAL-da çıxış etmiş Rail Məlikovu heyətinə qatıb. Adıçəkilən futbolçu komandamızla 1 illik sazişə imza atıb.

Qeyd edək ki, Rail Məlikov karyerası ərzində “Bakı”, “Neftçi”, “Dənizlispor” və “Qəbələ”nin formasını geyinib. O, həmçinin 2004-2012-ci illər ərzində 40 dəfə Azərbaycan millisinin formasını geyinib.