AZAL-ın təyyarəsi Pekin hava limanına geri qayıtdı

azal-in-teyyaresi-pekin-hava-limanina-geri-qayitdi
Oxunma sayı: 1150

Pekindən Bakıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdıb.

AZAL-ın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, havaya qalxdıqdan sonra “Boeing 767” hava gəmisinin komandiri geri qayıtmağa qərar qəbul edib və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.

Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.