AZAL-ın yeni prezidenti müəyyənləşdi

azal-in-yeni-prezidenti-mueyyenlesdi
Oxunma sayı: 631

“Qafqazinfo”nun premyerliqa.az saytına istinadən verdiyi xəbərə görə, klub yaranan gündən sponsor olan Zaur Axundov bundan sonra AZAL-da prezident vəzifəsini icra edəcək.
Artıq sənədlər Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib və AFFA-ya göndərilib. Qeyd edək ki, Vaqif Qasımov istirahətə göndərildikdən sonra Zaur Axundov şəxsən komandaya nəzarət edirdi. Son zamanlar qeydə alınan uğurlu nəticələrdən sonra isə prezident kimi fəaliyyət göstərməyi qərara alıb.

Vaqif Qasımovun gedişindən sonra təşkilati işlərlə yanaşı, həm də komandanın daxilindəki vəziyyətə məsul olan vitse-prezident Fikrət Hüseynov bundan sonra da, vəzifəsini icra edəcək. Qərara alınıb ki, Fikrət Hüseynov bundan sonra da, komanda ilə yaxından maraqlansın və icraçı kimi fəaliyyətini davam etdirsin. Digər vitse-prezident Elşad Babayev də işini davam etdirəcək. Qeyd edək ki, AZAL Vaqif Qasımovun rəhbərliyi dövründə 10 oyuna 11 xal yığdığı halda, onun gedişindən sonra 4 oyuna 10 xal toplayıb.