Son vaxtlar Azərbaycan Hava Yolları (AZAL) ilə bağlı mediada neqativ məlumatlar mütəmadi olaraq yayılır. Son olaraq Əfqanıstanda baş verən təyyarə qəzası ilə bağlı qurumun fəaliyyəti ciddi tənqid olundu. Bu gün isə AZAL-la bağlı daha bir problem ictimailəşib.
“Qafqazinfo” xəbər verir ki, jurnalist Anar Şabanoğlu bildirib ki, bu günlərdə AZAL-ın Gold Kartı ilə bağlı qalmaqal baş verib. O, bildirib ki, təyyarəyə minik kartını təqdim edərək biznes zalına keçmək istəyib: “Qeyd edim ki, uzun müddətdir AZAL-ın Miles Proqramının Gold üzvüyəm. Günel Məhərrəmova ad və soyadlı xanım kartın özü olmadan biznes zala keçməyə icazəmin olmadığını bildirdi. Ona minik kartımda Gold üzv olduğumun qeyd edildiyini və AZAL-ın internet əlavəsində də Gold kart üzvü olduğumu əyani şəkildə göstərdim. Eyni zamanda 250 manata aldığım AZAL-ın Miles Proqramına daxil olan SW bankın Miles Kartını təqdim etdim. Amma yenə xeyri olmadı.
O zaman Gold Kart üzvünün biznes zala girməzdən əvvəl təqdim olunması haqda hansı qaydada yazılmasını göstərməyini xahiş etdim. Göstərə bilmədi.
Mən ona AZAL-ın rəsmi saytından screen etdiyim qaydaları göstərdim. 7-ci bənddə yazılıb ki, Gold iştirakçı biznes zaldan faydalana biler.
Tehlükesizlik xidmətinin əməkdaşını, sonar növbə rəisini çağırıb məni uzaqlaşdırdılar”.
A. Şabanoğlu haqlı tələbini məhəl qoyulmadığını və AZAL əməkdaşlarının qanunsuzluğa yol verdiyini bildirb.


Son xəbərlər
Son Xəbərlər