“AZAL qiymətləri azaltmalıdır”

azal-qiymetleri-azaltmalidir
Oxunma sayı: 3469

Milli Məclisin Zaqataladan seçilmiş deputatı Elşən Musayev təmsil etdiyi rayonun hava limanında bir təyyarənin belə olmamasına görə AZAL-ı tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, deputat bu gün keçirilən iclasda bildirib ki, Zaqatala hava limanının hər şeyi – müdiri, bağbanı, işçiləri və s. var, ancaq, təkcə təyyarəsi yoxdur:

“İnsanları təyyarə üzünə həsrət qoymaq olmaz. AZAL qiymətləri azaltmalıdır. Biletlərlə insanın cibinə girmək olmaz. Bu qurumun adı belə bunu tələb edir-AZAL! Bundan əvvəlki iclasda da həmkarım Qənirə Paşayeva bu məsələni gündəmə gətirmişdi”. 

Günel Türksoy