AZAL qiymətləri endirdi

azal-qiymetleri-endirdi
Oxunma sayı: 10834


“Qafqazinfo” xəbər verir ki, bu haqda aznews.az xəbər yayıb. Turizm şirkətlərindən sayta daxil olan məlumata görə, prezidentin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda AZAL-da qiymətlərin bahalılığı ilə bağlı tənqidlərindən sonra şirkət qiymətləri aşağı salıb.

Belə ki, Azərbaycanda yerləşən turizm şirkətlərinə AZAL-dan bununla bağlı müvafiq məktub göndərilib. Məktubda Bakı-İstanbu reysinin 90 manat olması ilə bağlı göstəriş yer alıb. 

Qərarın nə vaxt qüvvəyə minəcəyi isə hələki dəqiq deyil.