AZAL Qurban bayramı ilə bağlı aviabiletlərə güzəşt tətbiq etdi

azal-qurban-bayrami-ile-bagli-aviabiletlere-guzest-tetbiq-etdi
Oxunma sayı: 3030

AZAL Qurban bayramı münasibətilə bütün istiqamətlərə 20% güzəşt tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Azərbaycan Hava Yolları”nın Mətbuat xidməti məlumat yayıb.

“Azərbaycan Hava Yolları” Qurban bayramı münasibətilə aviabiletlərə 20% güzəşt təqdim edir.

Endirimli aviabiletləri 28 iyun-2 iyul tarixləri aralığında əldə etmək mümkündür. Təklif aviaşirkətin bütün istiqamətləri üzrə 2023-cü il 20 sentyabr-20 dekabr daxil olmaqla mövcud olan bir tərəfə və ya gediş-gəliş aviabiletlərinə şamil olunur.

20% güzəşt çarter və kod-şerinq reysləri istisna olmaqla, AZAL-ın bütün reyslərinə şamil edilir.

Endirimli aviabiletləri kassalarda və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərində, həmçinin [email protected] elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət edərək əldə etmək mümkündür.