AZAL təmənnasız yüklərin daşınmasını həyata keçirəcək

AZAL təmənnasız yüklərin daşınmasını həyata keçirəcək
Oxunma sayı: 1731

Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə koronavirus infeksiyasının (COVID-19) yayılması ilə mübarizə ilə bağlı görülən tədbirlər çərçivəsində "Azərbaycan Hava Yolları" Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə bütün dövlət təyinatlı yüklərin prioritet qaydada daşınmasını həyata keçirəcək. 
Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, sözügedən yüklərin daşınması təmənnasız əsaslarla baş tutacaq.

Qeyd edək ki, "AZAL" QSC-nin bütün struktur bölmələri gücləndirilmiş iş rejimində və hökumət qurumları ilə sıx əlaqədə işləməyə davam edir.