AZAL təyyarənin təkərlərinin yanması xəbərini təkzib etdi

azal-teyyarenin-tekerlerinin-yanmasi-xeberini-tekzib-etdi-
Oxunma sayı: 869


“Qafqazinfo” xəbər verir ki, «Azərbaycan Hava Yolları» QSC-nin Xidmət rəisi Məhərrəm Səfərli APA-ya açıqlamasında Türkiyənin Doğan Xəbər Agentliyinin (DHA) yaydığı və Azərbaycanın da İnternet saytlarında yer alan xəbərin doğru olmadığını bildirib: «Bu, yalan məlumatdır. Biz bu məlumatın yayılmasından təəssüf hissi keçiririk».

Qeyd edək ki, DHA-nın yaydığı məlumata görə, Bakı-İstanbul reysini həyata keçirən «Boeing 757-200» tipli sərnişin təyyarəsinin İstanbul hava limanında dayanacaqda sağ arxa eniş təkərləri alışıb. Təyyarə təmir edildikdən sonra yenidən İstanbul-Bakı reysini uğurla həyata keçirib.