AZAL uçuş vaxtını dəyişir

azal-ucus-vaxtini-deyisir
Oxunma sayı: 1951

Nazirlər Kabinetinin yay vaxtına keçidin ləğv olunması ilə bağlı qərarı ilə əlaqədar olaraq 27 mart 2016-cı il tarixindən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin uçuş cədvəlinə düzəliş olunacaq.

“Qafqazinfo” xəbər verir ki, təyinat məntəqələrinə nəzərdə tutulan vaxtda çatmaq və vaxtında transfer məqsədilə, AZAL-ın bütün beynəlxalq aviareysləri Azərbaycanın hava limanlarına/hava limanlarından artıq alınmış aviabiletlərdə göstərilən vaxtdan bir saat tez uçacaq.

AZAL-ın martın 26-dan sonra olan reyslərinə aviabilet alan bütün sərnişinlər aviabiletdə göstərilən uçuş vaxtından 3 saat öncə qeydiyyat üçün hava limanına gəlməlidir.