AZAL uçuşları ikinci terminaldan həyata keçirəcək

azal-ucuslari-ikinci-terminaldan-heyata-kecirecek
Oxunma sayı: 2128

Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yerinə yetirilən reyslərin sayının azalması ilə əlaqədar 24 mart saat 00:00-dan etibarən bütün reyslər ikinci terminaldan (Terminal 2) həyata keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti yayıb.

Qeyd edək ki, koronavirus infeksiyasının (“COVİD-19”) yayılması ilə mübarizə çərçivəsində “Azərbaycan Hava Yolları”nın bütün struktur bölmələri gücləndirilmiş rejimdə və dövlət strukturları ilə sıx əməkdaşlıqda işləyir.