AZAL yeni “Boeing 787 Dreamliner” alır - Foto

azal-yeni-boeing-787-dreamliner-alir
Oxunma sayı: 2820

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti öz hava gəmiləri parkını dörd yeni müasir “Boeing 787-8 Dreamliner” avialayneri ilə genişləndirəcək.

Bu barədə “Qafqazinfo”ya “Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün AZAL-ın prezidenti Cahangir Əsgərov və “Boeing Commercial Airplanes” şirkətinin prezidenti, mülki təyyarələr bölməsinin baş icraçı direktoru Sten Dil müvafiq anlaşma memorandumu imzalayıblar. Qeyd edilən növ hava gəmilərinin 2025-2030-cu illər ərzində Azərbaycana gətirilməsi nəzərdə tutulub.