Azan vaxtı Hadisə oxumadı – - Video

azan-vaxti-hadise-oxumadi-
Oxunma sayı: 4358


“Qafqazinfo” Anspress-ə istinadən xəbər verir ki, Azərbaycanda da kifayət qədər pərəstişkar kütləsi olan məşhur pop müğənni Hadise Açıkgöz Çanaqqalada alış-veriş mərkəzlərindən (AVM) birinin sponsorluğu ilə təşkil edilən konsertdə uğurlu çıxış edib.  Təxminən 5 min nəfər tamaşaçı tərəfindən izlənilən konsert proqramında müğənni bir-birindən hit, sevilən mahnlarını səsləndirib. Həmişə olduğu kimi bu konsertdə də müğənninin dinamikliyi gözdən qaçmayıb. Rəqsləri ilə xüsusilə kişilərin qəlbini ovsunlayan Hadisenin hər hərəkəti alqışlarla qarşılanıb. 

Konsert təxminən iki saat davam edib. Konsertdə diqqət çəkən məqamlardan biri isə yatsı namazı vaxtı azanın oxunmasını eşidən müğənni bir müddət ifasına ara verməsi olub. Onun bu addımı izləyicilər tərəfindən çox bəyənilib.