Azar Modriçdən “yox” cavabı alıb

azar-modricden-yox-cavabi-alib
Oxunma sayı: 1801

“Real”ın yeni transferi Eden Azar maraqlı açıqlama ilə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, belçikalı ulduz Madrid klubuna keçdikdən sonra Luka Modriçdən 10 nömrəli formanı istədiyini deyib. 

Lakin Azar xorvatiyalı yarımmüdafiəçinin ona “yox” cavabı verdiyini bildirib: “Kovaçiç vasitəsilə Modriçdən 10 nömrəli formanı istədim. Ancaq “yox” cavabı aldım. Düzdür, mən ciddi demirdim, sadəcə zarafat edirdim. Nömrənin önəmi yoxdur. Sadəcə formanı geyinib meydana çıxmaq istəyirəm”.