“Çelsi”nin yarımmüdafiəçisi və Belçika yığmasının oyunçusu Eden Azar “Real Madrid”lə müqavilə imzalayıb.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, futbolçu bundan sonra Madrid “Real”ında oynayacaq. Müqavilə 2024-cü ilədək qüvvədədir. Azar yaxın vaxtlarda tibbi müayinədən keçməlidir. Transferin məbləği hələlik açıqlanmır. Bundan əvvəl qeyd edilirdi ki, “Real” “Çelsi”yə 100 milyon avro kompensasiya ödəyəcək.
Qeyd edək ki, 2012-ci ildə “Çelsi”yə keçən Azar 51 matç keçirib. O, 19 qolun, 16 səmərəli ötürmənin müəllifidir.
Son xəbərlər
Son Xəbərlər