“Azarkeşi məcbur edə bilməzsən ki, niyə Redniki çox istəyirsən”

azarkesi-mecbur-ede-bilmezsen-ki-niye-redniki-cox-isteyirsen
Oxunma sayı: 647

- "Xəzər Lənkəran"dan ayrıldıqdan sonra, yeni iş təklifi almamısınız?
- Yox, hələ ki yoxdur.

- İyirmi gündür ki, "Xəzər Lənkəran"dan ayrılmısınız. Bu müddət ərzində özünüzdə təhlil aparmısınız ki, niyə alınmadı, nə alınmadı? Çünki Yunis Hüseynovdan çox şey şey gözləyirdilər...
- Mən razı deyiləm ki, alınmadı. Mətbuatda oxuyuram yazırlar ki, Yunis Hüseynovda alınmadı. Mən də sual verirəm nə alınmadı? Keçən il komanda ikinci yer tutdu, Avropa Liqasında mərhələ adladı. Hansı ki, komandanın tarixində bu, ilk idi. Bu il də komandanı üçüncü yerdə təhvil verib getdim. Alınmamaq nəyə deyirlər? Düzdür, işimi yarıda buraxdım. Bu, mənim üçün ağır qərar idi, amma hiss edirdim ki komandaya yeni baş məşqçi lazım idi. Gedişim sırf bununla bağlı oldu.Yoxsa nəticə olmadı, filan, bu fikirləri qəbul etmirəm. Mən çıxanda 10-cu tur idi. Qarşıda hələ iyirmi dörd oyun var idi və çox şey dəyişə bilərdi. Bir də ki, mən komandanı pis vəzziyətdə qoyub getməmişəm axı.

- Çox adam deyir ki, Yunis Hüseynova kənar qüvvələrin təsiri oldu və onu qoymadılar işləməyə. Həqiqətənmi sizə, kənar təsirlər var idi mi?
- Yox, təsir yox idi.

- Çoxları belə düşünür ki, Yunis Hüseynov da Cüneyt Biçər kimi "Rednikmaniyanın" qurbanı oldu...
- Azarkeşlərin mənə qarşı münasibəti heç də pis deyildi. Düzdür, sona yaxın bir-iki oyun oldu ki, istefa qışqırdılar. Amma bu da daha çox uşaqlarlar idi.

- Necə düşünürsünüz, "Xəzər Lənkəran" azarkeşləri tərəfdən Mirça Rednikə qarşı olan sevgi niyə Yunis Hüseynova qarşı olmadı?
- O barədə heç nə deyə bilmərəm. Azarkeşi məcbur edə bilməzsən ki, niyə Mirça Redniki çox istəyirsən, məni yox. Hər kəsin öz sevimli məşqçisi olur. Kimlərsə Redniki çox istəyir, kimlərsə Ağasəlim Mircavadovu, kimlərsə də Yunis Hüseynovu.

- Yeri gəlmişkən, Redniklə bağlı analoji sualı Ağasəlim Mircavadova ünvanlayanda o, cavab verib ki, əgər gəlmə olsaydım mənim də heykəlimi qoyardılar.Bəlkə, gəlmə olsaydınız sizə də böyük rəğbət bəsləyərdilər?
- O barədə də heçnə deyə bilmərəm, amma bir daha təkrar edirəm, Ağasəlim Mircavadovu da istəyən çox olub, Mirça Redniki də, həmcinin məni də.

- Yeni gələn baş məşqçidən nə gözləyirsiz? Sizcə, xeyr verə biləcək komandaya?
- Mən ona ancaq uğurlar arzulayıram.