Azarkeşin halı pisləşdi, oyun dayandırıldı

azarkesin-hali-pislesdi-oyun-dayandirildi
Oxunma sayı: 1627

Futbol üzrə İngiltərə Premyer Liqasının 8-ci turunun “Nyukasl” – “Tottenhem” matçında xoşagəlməz hadisə yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşmanın 40-cı dəqiqəsində tribunada bir azarkeşin səhhətində problem yaranıb.

Tribunada yaranan qarışıqlığı görən futbolçular hakimdən oyunun dayandırılmasını və azarkeşə həkimlər tərəfindən müdaxilə edilməsini istəyib.

Bundan sonra komandaların həkimləri tribunaya gedərək, azarkeşə tibbi yardım edib və matç qaldığı yerdən başlayıb.

“Nyukasl” klubu oyundan sonra verdiyi açıqlamada, azarkeşin xəstəxanaya aparıldığını və vəziyyətinin sabit olduğunu bildirib.

Qeyd edək ki, “Tottenhem” “Nyukasl”ı 3:2 hesabıyla məğlub edib.