Topaz Premyer Liqasının 23-cü turunda “Zirə” “Neftçi”ni qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, 2018-ci ildə qələbə üzünə həsrət qalan “Zirə” yenə meydandan xalsız ayrılıb.
“Neftçi” 3 xalı 3 qolla qazanıb. 5-ci pillədə yerləşən “ağ-qaralar” bununla da 4-cü pillədəki “Zirə” ilə xal fərqini də 1-ə endirib.
Qeyd edək ki, matçın gedişində gərgin anlar yaşanıb. Hesabdan narazı qalan “Zirə” azarkeşləri baş məşqçi Ayxan Abbasovu istefaya səsləyib. Məşqçi də öz növbəsində azarkeşlərə emosional şəkildə cavab verdiyi üçün matçın baş hakimi Rəhim Həsənov tərəfindən texniki zonadan qovulub.
“Zirə” – “Neftçi” - 0:3
Qollar: Rəhman Hacıyev, 10 (pen.), İqnasio Herrera, 90, Rəşad Sadiqov, 90+5

Son xəbərlər
Son Xəbərlər