“Qafqazinfo” xəbər verir ki, rekord.az-a açıqlama verən “Simurq” azarkeşlərinin ağsaqqalı İnqilab Soltanov baş verənləri detallarına kimi danışıb:
“Bəli, belə bir xoşagəlməz olay yaşanıb. Oyunun AFFA nümayəndəsi matçın başlanmasın az qalmış gedib polislərə göstəriş verib ki, “Simurq” azarkeşlərini qapı arxası sektora göndərin. Səbəbini soruşanda bizə deyir ki, protokolda belə yazılıb. Başa düşmürəm, nə vaxtdan protokolda azarkeşlərin harda oturmasına dair göstəriş verilən yazı yazılıb?
Haqqımızı tələb edəndə Abbasov yenidən polislərə üz tutdu ki, bunları burdan çıxardın yoxsa, oyunun başlanmasına razılıq verməyəcəm. Bundan sonra polis təzyiqi başladı. Kobud şəkildə bizə dedilər ki, “ə, davay tərpənin burdan 5 dəqiqədən sonra burda heç kim qalmasın”. Bundan sonra aramızda 10 dəqiqəyə qədər münahisə yarandı. Çalışırdılar özümüzdən çıxaq ki, bizi polis şöbəsinə aparsınlar. Biz isə artıq qərar vermişd ki, stadionu tərk edib Zaqatalaya qayıdaq. Çünki səbrli davranıb heç bir təxribata getməyi düşünmürdük. Sonradan “Simurq” rəhbərliyi məsələdən xəbər tutdu və müdaxilə elədi.
Yalnız bundan sonra ara sakitləşdi və bizdən əl çəkdilər. Ancaq sözümüz qəti idi, yerimizi dəyişsəydilər stadionu tərk edəcəkdik. Açığı azarkeşlərə qarşı bu cür münasibətdən bezmişik. Deyirdilər ki, guya AFFA-nın baş katibi Elxan Məmmədov da stadionda idi, amma nədənsə biz görmədik. Əgər AFFA rəhbərliyi azarkeşlərə stadionda futbola baxmaq üçün lazımı şəraiti yaratmasa, biz də stadionlardan çəkiləcəyik. Çünki təzyiq altında stadionlarda alçalmaq istəmirik”.
Son xəbərlər
Son Xəbərlər