Azarkeşlər arasında dava düşdü, futbolçular meydandan qaçdı - Video

azarkesler-arasinda-dava-dusdu-futbolcular-meydandan-qacdi
Oxunma sayı: 1152

Meksika çempionatında keçirilən “Atletiko San Luis” – “Queretaro” görüşü yarımçıq dayandırılıb. “Qafqazinfo” xəbər verir ki, buna səbəb azarkeşlər arasında dava düşməsidir. 

Qarşılaşmanın 85-ci dəqiqəsində iki klubun tərəfdarları bir-birinə hücum ediblər. Futbolçular müdaxilə edərək onları sakitləşdirməyə çalışsa da, fanatlar meydana düşərək oyunçulara hücum edib. 

Nəticədə futbolçular meydandan qaçıblar və matç təxirə salınıb.