Azarkeşlər arasında kütləvi davada 17 nəfər öldü

azarkesler-arasinda-kutlevi-davada-17-nefer-oldu
Oxunma sayı: 5720

Meksika çempionatının 9-cu turunda “Keretaro” -  “Atlas” oyunu zamanı azarkeşlər arasında kütləvi dava baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə matçın ikinci hissəsində, “Atlas”ın 0:1 hesabı ilə öndə olduğu vaxt olub. 

Bu zaman 22 nəfər xəsarət alıb. Daha sonra xəsarət alanlardan 17 nəfər dünyasını dəyişib.