Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “Qarabağ”la qolsuz bərabərliyə qalan Moldova “Şerif”inin baş məşqçisi Roberto Bordin mətbuat konfransı keçirib.
“Qafqazinfo” xəbər verir ki, italyan mütəxəssis nəticədən razı qaldığını bildirib.
- Çox çətin oyun olduğunu bildirməliyəm. İlk yarıda yaxşı oynadıq, amma fasilədən sonra daha çox müdafiə olunmalı olduq. Dünən də qeyd etmişdim ki, bizə çətin olacaq. Azarkeşlər də bizi təzyiq altında saxladı.
- Bu cür oyunla cavab qarşılaşmasında hansı nəticəyə ümid edirsiniz?
- Bilirdik ki, “Qarabağ” topla yaxşı oynayır. Cinahları bağlamışdıq. Məqsədimiz qapımızın toxunulmazlığını qorumaq idi. Biz oyunu əks-hücumlardan qurmuşduq.
- Ancaq komandanızın ifasında bir zərbə belə görmədik…
- Yəqin oyunu yaxşı izləməmisiniz. Bizim də şanslarımız oldu.
- Qeyd etdiniz ki, tam istədiyinizi göstərə bilmədiniz. Yetirmələrinizdən hansı komponentlərdə narazı qaldınız?
- Əks-hücumlar zamanı daha çox oyunçuyla qoşulmalı idik. Bunun da səbəbləri var. Özüm üçün qeydləri aparmışam.
Son xəbərlər
Son Xəbərlər