Azarkeşlər futbolçuların avtomobillərini aşırdı - Foto

azarkesler-futbolcularin-avtomobillerini-asirdi
Oxunma sayı: 2278

“Barselona”dan aldıqları 1:6 hesablı məğlubiyyət və bununla da Çempionlar Liqasıyla vidalaşmadan sonra Fransa PSJ-sinin futbolçuları fanatları tərəfdən ciddi təzyiqlərə məruz qalıblar. “Qafqazinfo” xəbər verir ki, evə qayıdan futbolçular “Le-Burje” Hava Limanında təhqirlərlə dolu şüarlarla üzləşib.

Azarkeşlər hirsini yalnız söyüşlərlə soyutmayıb, onlar futbolçuların avtomobillərinə də nəzərəçarpacaq xəsarət yetiriblər. PSJ rəhbərliyi məsələylə bağlı bəyanat yayıb.

“Barselonadan qayıtdıqdan sonra, bütün təhlükəsizlik tədbirlərinin görülməsinə baxmayaraq, futbolçularımız bir neçə insan tərəfindən hədələnib. Bir neçə avtomobilə xəsarət yetirilib. Futbolçular evlərinə sağ-salamat çatmaq üçün polis mühafizəsinə ehtiyac duyulub” - klubun rəsmi saytında deyilir.

Qeyd edək ki, əvvəlcə PSJ-nin futbolçusu Tyaqo Mottanın avtomobillə azarkeşlərdən birini vurduğu deyilirdi.