Azarkeşlər Mahir Emrelini seçdilər

azarkesler-mahir-emrelini-secdiler
Oxunma sayı: 1946

Legiya azarkeşləri klubda çıxış edən legionerlərin Polşa çempionatının 9-cu turunda Rakuvla matçdakı oyununu qiymətləndiriblər.

“Qafqazinfo” xəbər verir ki, legia.net-də keçirilən səsvermədə ən  yüksək xalı millimizin üzvü Mahir Emreli toplayıb. O, sözügedən görüş üçün 6.53 xalla legionerlər arasında ən yaxşı oyunçu seçilib. 

Qeyd edək ki, M.Emreli 2:3 hesabı ilə uduzduqları görüşdə mükəmməl qol vurub.