Azarkeşlər “Qarabağ”ı coşqu ilə qarşıladı - Fotolar

Azarkeşlər “Qarabağ”ı coşqu ilə qarşıladı
Oxunma sayı: 2689

Ötən gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Sürix”i İsveçrədə mübarizədən kənarlaşdıran “Qarabağ” artıq vətənə qayıdıb.

“Qafqazinfo” Qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında azarkeşlərin coşqusu ilə qarşılanıb.

Qeyd edək ki, ilk görüşdə Bakıda “Sürix”ə 3:2 hesabı ilə qalib gələn “Qarabağ” dünənki cavab oyununda 2:2 hesablı heç heçə edərək növbəti mərhələyə yüksəlib. Komandanın 3-cü təsnifat mərhələsində rəqibi Macarıstan “Ferentsvaroş”udur.