Azarkeşlər “Qarabağ”ı hava limanında qarşılayacaq - Yenilənib

azarkesler-qarabagi-hava-limaninda-qarsilayacaq
Oxunma sayı: 2510

Avropa Liqasının qrup mərhələsində “Düdelanj”a 4:1 hesabı ilə qalib gələn “Qarabağ” bu gün Bakıya qayıdacaq. 

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubunu Bakıya gətirən təyyarə saat 19:00-da Heydər Əliyev adına hava limanına eniş edəcək. 

***

Artıq sosial şəbəkələrdə azarkeşlər “Qarabağ”ı hava limanına qarşılamaq üçün kampaniya başladıblar. Bir çox tərəfdar saat 19:00-da Ağdam klubuna dəstəyini göstərmək üçün aeroporta yollanacaq.