Azarkeşlər ulduz futbolçunu fitə basdılar

azarkesler-ulduz-futbolcunu-fite-basdilar
Oxunma sayı: 891


“Qafqazinfo” xəbər verir ki, Cim Bom-un ulduz futbolçusu Burak Yılmaz azarkeşlərlə mübahisə edib. Belə ki, əldə etdiyi real qol şanslarından yararlana bilməyən Burak azarkeşlər tərəfindən fitə basılıb. Bundan əsəbiləşən futbolçu azarkeşlərin yanına gedib və onlarla mübahisə etməyə başlayıb. Burakın komanda yoldaşları onu sakitləşdirməyə çalışsalar da, bir anda ara qarışıb. Baş məşqçi Çezaro Prandelli hücumçunu əvəzləmək məcburiyyətində qalıb. Meydanı tərk edən Burakı azarkeşlər fitə basmaqla yola salıblar.

 

İqbal