Azarkeşləri stadiona bu avtobuslar daşıyacaq

Azarkeşləri stadiona bu avtobuslar daşıyacaq
Oxunma sayı: 1280

Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları zamanı azarkeşlərin daşınması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin təşkil etdiyi X1, X2, P21 və P22 ekspres xətləri üzrə daşımalar başlayıb. 

BNA-dan "Qafqazinfo"ya verilən məlumata görə, bundan əvvəl isə tibbi müayinədən keçən sürücülərə həmçinin təhlükəsizlik və vəzifələrinə dair təlimatlar verilib.

Təyin olunan məntəqələrdən Bakı Olimpiya Stadionu istiqamətində daşımalar oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək. Oyundan sonra azarkeşlər Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalından geriyə daşınacaq.

Ekspres xətlərin keçdiyi yollarda nəqliyyat vasitələrin fasiləsiz hərəkətini təmin etmək üçün zəruri tədbirlər görülür.