“Azarkeşləri stadiona cəlb etməyin yolunu bilirəm”

azarkesleri-stadiona-celb-etmeyin-yolunu-bilirem-
Oxunma sayı: 2228


“Qafqazinfo”nun qol.az-a istinadən məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında "Neftçi" Müşahidə Şurasının üzvü seçilən Bəhram Bağırzadə deyib.

O, azarkeşlərin stadiona gəlməsi ilə bağlı problemlər barədə məlumatlı olduğunu vurğulayıb:

“Onları stadiona cəlb etməyin yolunu bilirəm. Bu problemi yoluna qoyacağıq.  Məncə, "Neftçi" "Bakcell Arena"da oynayacaqsa, o radiusdan azarkeşləri toplamaq lazımdır. Bunu etmək üçün vaxt lazımdır”.

B.Bağırzadə AFFA prezidenti Rövnəq Abdullayevin fikirlərini dəstəklədiyini də qeyd edib:

“Mən də klubların adlarının dəyişdirilməsi ilə razıyam. Klublar daha çox paytaxtı yox, bölgələri təmsil etməlidirlər. Bunu Türkiyədəki kimi etməliyik. Klubları rayonlara bölmək lazımdır”".