“Azarkeşlərin narazılıqları haqlıdır” - “Neftçi”nin prezidenti

azarkeslerin-naraziliqlari-haqlidir
Oxunma sayı: 1022

“Azarkeşlərin narazılıqları yersiz deyil, yerindədir. Biz də bunu başa düşürük. Mövsümü bitirək, bu barədə daha ətraflı danışarıq”.  

“Qafqazinfo” xəbər verir ki, bu sözləri "Neftçi"nin prezidenti Kamran Quliyev deyib.

Həmçinin oxuyun: Как выглядели футболисты “Карабаха” в детстве - Фото

Klub rəhbəri fanatların növbəti mövsüm daha iddialı “Neftçi” görəcəyini bildirib: “Gələn il tam başqa “Neftçi” görəcəyik. Buna nəinki inanıram, əminliyim də var. Görülən işlər mənə bu əminliyi verir. Çox ciddi və ambisiyalı Müşahidə Şuramız var. Əslində, daha əvvəl də ambisiyalı idik. Lakin istəklərimizi gerçəkləşdirmək üçün imkanlar məhdud idi. Azarkeşlər haqlıdılar. Onların qələbə istəyirlər. Bunun üçün müəyyən amillər var və işlər var görülməlidi. İnanıram ki, Müşahidə Şurasının və sponsorun dəstəyi ilə gələn il vəziyyət tam fərqli olacaq. İnanmaq bir yana, bunun üçün əsaslar da var”.