“Azarkeşlərin şikayətini haqsız sayıram” - Arşavin final oyunu haqda

azarkeslerin-sikayetini-haqsiz-sayiram
Oxunma sayı: 1975

“Azərbaycan finala tamamilə hazırdır. Hər şey qaydasındadır”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında rusiyalı məşhur futbolçu Andrey Arşavin deyib. 

O, stadionun və Bakının gözəlliyindən danışıb: “Bakı həqiqətən çox gözəldir. Stadion isə bu həlledici qarşılaşmaya çoxdan hazırdır. Düşünürəm ki, maraqlı olacaq”. 

Arşavin azarkeşlərin bu cür finaldan məmnun olacaqlarını qeyd edib: “Azarkeşlərin şikayətini haqsız sayıram. Çünki bunlar çox kiçik şeylərdir. Bu cür oyundan zövq almalıdırlar”.

Elsevər