Azarkeşlərin Türkiyə millisinə dəstəyindən - Rəngarəng fotolar

Azarkeşlərin Türkiyə millisinə dəstəyindən
Oxunma sayı: 6765

Xəbər verdiyimiz kimi, Bakı Olimpiya Stadionunda Avropa çempionatının A qrupu çərçivəsində Türkiyə - İsveçrə matçı keçirilir.

Matça bileti olan hər kəs qarşılaşmanın keçiriləcəyi stadiona axın edib. Bu dəfə də qırmızı-bəyazlılara azarkeşlik edənlər üstünlük təşkil edir.

"Qafqazinfo"nun fotoqrafı Nuran Məmmədov oyunöncəsi rəngarəng görüntülər lentə alıb.