Polşa futbol liqasının 23-cü turunda keçirilən “Şlyonsk” – “Vidzev Lodz” oyununda azarkeşlər maraqlı görüntü yaradıb.
“Qafqazinfo” xəbər verir ki, lodzlu tərəfdarlar tribunada atəşfəşanlıq ediblər.
Onların yaratdığı görüntü sosial şəbəkələrdə maraqla qarşılanıb.
Lakin atəşfəşanlıq ziyansız da ötüşməyib. Stadionun yanındakı avtomobillərin bir çoxuna ziyan dəyib.
Polşa Futbol Federasiyasının isə “Vidzev Lodz” klubunu cəzalandıracağı gözlənilir.