“Azarkeşlәrә tәşәkkür edirәm”- - “Panatinaikos”un baş məşqçisi

azarkeslr-tskkur-edirm-
Oxunma sayı: 943


“Qafqazinfo”nun məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qəbələ” Yunanıstanın “Panatinaikos” klubunu qəbul edib. Komandamız oyunu 0:0 hesabı ilə başa vurub. 

Oyundan sonra "Panatinaikos"un baş mәşqçisi Yannis Anastasiu jurnalistlərə açıqlama verib:

“Hәr şeydәn әvvәl hәr iki komandanı göstәrdiyi yaxşı oyuna görә tәbrik edirәm. Qәlәbәyә yaxın idik. Bәzi epizodlarda bәxtimiz gәtirmәdi. Oyunçularım bacardığını etdi. Nәticәdә "Qәbәlә" klubu da qәlәbә qazana bilmәdi. Artıq fikrimizi Afinadakı oyuna yönәltmәliyik. Azәrbaycan xalqına dostluq münasibәtinә görә, azarkeşlәrә atmosferә görә tәşәkkür edirәm. Ümid edirәm ki, Azәrbaycan klubu da eyni qonaqpәrvәrliyi Yunanıstanda bizdәn görәcәk. Son 10 gündә 4 önәmli oyunumuz var idi. 1-i geridә qaldı. 3 qarşıdadır. Fikrimizi hәmin oyunlara yönәldirәm".

"Arif Daşdәmirov sizin futbolçunuza yardım etmәk istәsә dә, digәr futbolçularınız bunu pis başa düşdülәr?" sualına yunan mütәxәssis belә cavab verib: 

"Oyunda belә hadisәlәr baş verir. Amma burda sәhv başa düşülmә ola bilәr. Hәmin futbolçumuz hazırda xәstәxanadadır. Vә o bizimlә birlikdә deyil, bir gün sonra Yunanıstana qayıdacaq".

Elsevər

“Qafqazinfo”