Səmimi qəbula görə təşəkkürünü bildirən səfir ölkəmizdə çalışmasından məmnunluğunu bildirib. Böyük Britaniyanın ölkəmizdəki səfiri Şuranın fəaliyyəti, onun qanunvericilik təşəbbüsü və xarici QHT-lər üçün qrant proqramı haqqında ətraflı məlumat almaq istədiyini ifadə edib.
Azay Quliyev Şuranın yaranması və fəaliyyəti haqqında səfirə ətraflı məlumat verərək, qurumun dövlətlə vətəndaş cəmiyyəti arasında körpü rolu oynadığını bildirib. A. Quliyev Şuranın demokratik prinsiplər əsasında formalaşdırıldığını, 11 üzvündən 8-nin vətəndaş cəmiyyətini təmsil etdiyini vurğulayıb. Şuranın 6 illik fəaliyyəti dövründə heç bir siyasi, dini, etnik ayrıseçkilik etmədən 2500-dən artıq QHT-nin layihəsini maliyələşdirdiyini qeyd edən A. Quliyev təşkilatların qanunvericiliklə bağlı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün “hüquq və monitorinq” komissiyası yaratdıqlarını səfirin diqqətinə çatdırıb.
Azay Quliyev Şuranın yalnız donor rolu oynamadığını eyni zamanda Azərbaycan QHT-lərinə məlumat, konsultativ, metodiki, təşkilati-texniki sahədə də dəstək verdiyini vurğulayıb. Şuranın ötən ildən etibarən xarici QHT-lər üçün həyata keçirdiyi qrant proqramı haqqında da səfirə məlumat verən A.Quliyev əməkdaşlıq etdikləri Böyük Britaniyanın vətəndaş cəmiyyəti qurumları haqqında da danışıb.
Şuranın təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisində “Könüllülük fəaliyyəti haqqında” və “İctimai iştirakçılıq haqqında” qanunların qəbul edildiyini bildirən Azay Quliev onların ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm hüquqi baza rolu oynadığını deyib.
Son xəbərlər
Son Xəbərlər